Mirça Luçeskunun vəziyyəti ağırlaşıb
Far.Az xəbər saytı

Mirça Luçeskunun vəziyyəti ağırlaşıb


Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun vətənində yerləşdirildiyi xəstəxanada vəziyyəti ağırlaşıb.

"Far.Az" "ProSport"a istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssisin 2025-ci ilin sonunda ürəyində yaranan problemlər soyuqdəymə nəticəsində daha da kəskinləşib.

Səhhətindəki problemlər səbəbindən Luçesku Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışını buraxmalı olub. Milliyə namizədləri izləmək üçün Türkiyəyə yollanmağı planlaşdırsa da, hazırda xəstəxanada olan təcrübəli mütəxəssisin durumunun ağırlaşdığı vurğulanıb.

Qeyd edək ki, M.Luçesku 2024-cü ildən Rumıniya millisini çalışdırır.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
FHN şagird və müəllimlərlə təlim keçirdi
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Səhhətindəki problemlərlə GÜNDƏMƏ GƏLƏN MƏŞHURLAR - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər