Hakan Fidan: Netanyahu Ərdoğanın Sülh Şurasına üzv olmasına qarşı idi
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzza üzrə Sülh Şurasına üzv olmasına qarşı idi, o, Qəzzanın İdarə Heyətində mənim iştirakımın da əleyhinə olub.
"Far.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalının canlı yayımında bildirib.
Onun sözlərinə görə, İsrail indi də Qəzza zolağının yenidən qurulmasında Türkiyənin iştirakına qarşıdır. "Amma Prezident Ərdoğan bildirib ki, Fələstində problemlərin həlli üçün lazım olan hər şeyi edin" , - H.Fidan qeyd edib.
Nazir vurğulayıb ki, uyğun şərait yaransa, Türkiyə bölgəyə hərbi, sülhməramlı yardımı da göstərə bilər. "Bundan əvvəl isə hərbi yardıma diplomatik yolla zəmin yaratmağa çalışırıq" , - o deyib.
Türkiyənin xarici işlər naziri HƏMAS-ın silahsızlaşdırılmasına da münasibət bildirib. "Tərk-silah yol xəritəsində var, amma HƏMAS üzvləri bəyan edirlər ki, xalqın təhlükəsizliyi sığortalansa, insanlar ac qalmasa, silahı mərhələli formada təslim edə bilərik" , - nazir qeyd edib.
#Canlı 📡
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) January 23, 2026
Bakanımız @HakanFidan, NTV'de gündemi değerlendiriyor.
📍İstanbul https://t.co/yZjPgQBV9y
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













