Fransada Rusiyanın "Qrinç" tankeri ilə bağlı yoxlama başlayıb
Fransanın Marsel Prokurorluğu Rusiyadan neft daşıdığına görə beynəlxalq sanksiyaları pozmaqda şübhəli bilinən "Qrinç" adlı neft tankeri ilə bağlı yoxlamaya başlayıb.
"Report" xəbər verir ki, bu barədə "France24" məlumat yayıb.
"Sanksiyaları pozan və Rusiyanın "kölgə donanması"na aid olduğu ehtimal edilən tanker Fransanın Marsel-Fos limanına gətiriləcək", - nəşr yazıb.
Bildirilib ki, Fransa hüquq-mühafizə orqanları İspaniya və Mərakeş arasındakı limanlara doğru hərəkət edən və Rusiyanın Arktik limanı olan Murmanskdan çıxan neft tankerinin göyərtəsinə qalxıblar. Tankerin fevralın 24-də səhər saatlarında Fransanın cənubundakı Marsel-Fos limanına çatacağı gözlənilir.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron yanvarın 22-də Aralıq dənizində Rusiyadan gələn tankerin saxlanıldığını bildirib. Məlumat üçün bildirək ki, "Qrinç" tankerinin saxlanılmasında Fransa Hərbi Dəniz Qüvvələrinə (HDQ) Böyük Britaniya yardım göstərib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Bakı Bulvarında yeni festival başlayır
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













