Tramp Prezident İlham Əliyevə təşəkkür edib
ABŞ Prezidenti Donald Tramp ötən ilin avqust ayında imzalanmış sülh müqaviləsinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.
"Report"un məlumatına görə, bununla bağlı Ağ Ev rəhbərinin "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
Trampın sözlərinə görə, son müharibə dəhşətli olub və onun sona çatdıra bildiyi səkkiz müharibədən biridir, lakin region artıq sülh və rifah dövrünə qədəm qoyur. O, ABŞ-nin vitse-prezidenti Jey Di Vensin sülh səylərini davam etdirmək, beynəlxalq sülh və rifaha doğru "Tramp Marşrutu"nu irəli aparmaq üçün fevralda Azərbaycana və Ermənistana səfər edəcəyini vurğulayıb.
ABŞ Prezidenti həmçinin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək, Ermənistanla dinc nüvə əməkdaşlığı müqaviləsi bağlamaq və Amerikanın yarımkeçirici istehsalçılarının maraqları naminə müqavilələr bağlamaq niyyətində olduğunu bildirib.
Bundan əlavə Tramp ABŞ-nin Azərbaycana zirehli geyimlər, qayıqlar və digər məhsullar da daxil olmaqla Amerika istehsalı olan müdafiə avadanlıqları satmağı planlaşdırdığını açıqlayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb













