Gürcüstan Milli Bankı beynəlxalq ehtiyatlarda tarixi maksimuma çatıb
Far.Az xəbər saytı

Gürcüstan Milli Bankı beynəlxalq ehtiyatlarda tarixi maksimuma çatıb


Gürcüstan Milli Bankının 2025-ci ilin ilk 12 ayında xalis valyuta alışları təxminən 2,43 milyard ABŞ dolları təşkil edib və ölkənin beynəlxalq ehtiyatlarının həcmi tarixi maksimum olan 6,16 milyard dolları keçib.

"Far.Az"un Gürcüstan bürosu bu barədə banka istinadən xəbər verir.

Qurumun açıqlamasında qeyd olunur ki, valyuta bazarındakı vəziyyətə uyğun olaraq Milli Bank beynəlxalq ehtiyatları artırmaq siyasətini davam etdirir. Xüsusilə, dekabr ayında "Bmatch" platformasında aparılan əməliyyatlar nəticəsində valyuta ehtiyatları 361 milyon dollar artıb və bu göstərici ilin sonuna olan tarixi maksimuma çatıb.

Milli Bankın məlumatına görə, beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin əsas qarantıdır və bank bazar imkan verdikcə ehtiyatların artırılmasına diqqət yetirir.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan iqtisadiyyatı 2025-ci ildə: rekord valyuta ehtiyatları, Yaxın Şərqdə neft-qaz əməliyyatlarının genişləndirilməsi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər