ABŞ və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib
Far.Az xəbər saytı

ABŞ və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib


Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sarqis Xandanyan və ABŞ Konqresinin xarici əlaqələr komitəsinin nümayəndəsi Lens Kokonos TRIPP (Tramp Marşrutu) layihəsinin həyata keçirilməsi prosesini müzakirə ediblər.

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

"Görüş zamanı tərəflər TRIPP layihəsinin həyata keçirilməsinin vacibliyini müzakirə edib, həmçinin yaxın perspektivdə bu istiqamətdə daha sonrakı iş və praktiki addımlarla bağlı fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.

Həmçinin tərəflər Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində son hadisələrə, eləcə də qarşılıqlı maraq doğuran cari regional məsələlərə xüsusi diqqət ayırıblar.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan və Ermənistan səfirləri Tramp marşrutu təşəbbüsü ilə bağlı tədbirdə iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər