Bakıda ötən il 15 kilometr uzunluğunda mikromobillik zolağı çəkilib
Far.Az xəbər saytı

Bakıda ötən il 15 kilometr uzunluğunda mikromobillik zolağı çəkilib


Təkcə 2025-ci ildə Bakıda 15 küçə və prospektdə, həmçinin 2 ərazidə 15 kilometr uzunluğunda mikromobillik zolağı çəkilib, şəbəkənin uzunluğu 60 km-ə çatdırılıb.

"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

"Kəsintisiz mikromobillik zolağının təşkil edilməsi üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Mikromobillik infrastrukturu qurulmağa başlayandan bu günə kimi bu nəqliyyat növləri 4 milyon 500 min dəfədən çox sifariş olunub. Bu müddətdə mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib. Avtomobillərlə münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri təşkil edilib. İşıqforlarda velosiped bölmələri quraşdırılıb. Bu istiqamətdə işlər davam etdirilir. Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər üçün isə 564 parklanma məntəqəsi təşkil edilib", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər