"Azermirror" ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal edəcək
"Azermirror" MMC ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal edəcək.
"Far.Az"un yerli bürosunun məlumatına görə, bu barədə Prezidentin izi ilə müəssisəyə təşkil olunan mediatur çərçivəsində məlumat verilib.
Bildirilib ki, "Azermirror" MMC-yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. Şirkət sənaye parkının bir hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu tikib. Hazırda müəssisədə 30 nəfər daimi işlə təmin olunub. Zavodun illik istehsal gücü 900 min kvadratmetr güzgü vərəqəsi təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac üçün də nəzərdə tutulur.
Vurğulanıb ki, Çin texnologiyası əsasında qurulan layihənin ümumi investisiya dəyəri 6,13 milyon manatdır. Müəssisənin yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən "Azermirror" MMC-yə 1,5 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Sənaye parkının rezidenti kimi şirkət 600 min manat dəyərində vergi və gömrük güzəştlərindən də yararlanıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Azermirror" MMC-nin güzgü vərəqələrinin istehsalı zavodunun açılışında iştirak edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













