Türkiyədə restoranlarda servis haqqı qadağan edilib
Türkiyədə restoranlarda servis haqqı tələb etmək rəsmi olaraq qadağan edilib.
"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi tərəfindən hazırlanmış "Qiymət etiket qaydalarında dəyişiklik edilməsi qaydası" rəsmi qəzet - "Resmi Gazete"də dərc olunaraq qüvvəyə minib.
Yeni dəyişikliyə əsasən restoranlar, kafelər, şirniyyat dükanları və qida və içki xidmətləri təklif edən oxşar müəssisələr artıq istehlakçılardan servis, masa, örtük haqqı və s. kimi hər hansı bir ad altında əlavə ödəniş tələb edə bilməzlər.
Qərarda deyilir: "22/5/2003-cü il tarixli 4857 saylı Əmək Qanununun 51-ci maddəsinin müddəalarına əsasən, restoranlarda, kafelərdə, şirniyyat mağazalarında və qida və içki xidmətləri göstərən oxşar müəssisələrdə istehlakçıdan xidmət haqqı, masa haqqı, örtük haqqı və sair kimi heç bir adla əlavə ödəniş tələb edilə bilməz".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













