Nipah virusuna qarşı peyvənd insanlar üzərində sınaqdan keçiriləcək
Tokio Universitetinin Qabaqcıl Elm və Texnoloji Tədqiqat Mərkəzinin mütəxəssisləri Nipah virusuna qarşı effektiv olacağı gözlənilən peyvənd hazırlayıblar.
Far.Az report-a istinadən xəbər verir ki, insanlar üzərində sınaqların birinci mərhələsi aprel ayında başlayacaq.
Nəşr qeyd edib ki, peyvənd qızılca virusu əsasında yaradılıb. O, insan orqanizminə daxil edildikdə Nipah virusunun zülallarına bənzər zülalların istehsalına kömək etməlidir ki, bu da immunitet sistemini gücləndirəcək və yoluxma zamanı infeksiyanın inkişafından qoruya biləcək.
Tokio Universitetinin alimləri artıq peyvəndin effektivliyini və təhlükəsizliyini hamsterlər və digər heyvanlar üzərində aparılan sınaqlar zamanı təsdiqləyiblər. İnsanlar üzərində sınaqların ilk mərhələsi aprel ayında Belçikada başlayacaq. Uğurlu keçəcəyi təqdirdə, böyüklər və uşaqlar arasında təhlükəsizlik və effektivliyin yoxlanılacağı növbəti mərhələlər 2027-ci ilin ikinci yarısında Banqladeşdə aparılacaq.
Peyvəndin hazırlanması və sınaqlarının maliyyələşdirilməsini Yaponiyada peyvəndlərin hazırlanmasını əlaqələndirən "SCARDA" dövlət qabaqcıl tədqiqat və inkişaf mərkəzi təmin edir.
Oxşar xəbərlər
Nipah virusuna qarşı peyvənd apreldə insanlar üzərində sınaqdan keçiriləcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













