Azərbaycanda dekabrda nağdsız ödənişlər 19 % artıb
Ötən ilin dekabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2024-cü ilin eyni ayı ilə müqayisədə 19 % artaraq 10 milyard 097 milyon manat təşkil edib.
"Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8 milyard 833 milyon manatı (87,5 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 260 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,6 %-ni təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 980 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 12,8 % artaraq 19,903 milyon, kredit kartlarının sayı isə 7,9 % azalaraq 2,077 milyon olub. Dekabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 14,490 milyard manat (illik müqayisədə 18,1 % çox) və 788 milyon manat (11,8 % az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,1 %, POS-terminalların sayı isə 54,1 % artaraq müvafiq olaraq 3 572 ədəd (Bakı üzrə 1 930 ədəd) və 184 220 ədəd (Bakı üzrə 114 689 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Oxşar xəbərlər
Azərbaycanda nağdsız ödənişlər 10 dəfə artıb - STATİSTİKA
Azərbaycanda noyabrda nağdsız ödənişlər 14 %-dən çox artıb
"Kartdan-karta" dövrü geri qayıdır - Bəzi ticarət obyektlərində POS-terminallar niyə işləmir?
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycanda nağdsız ödənişlərin məbləği dekabrda 50 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb













