Pezeşkian: Yaxın Şərqdə müharibə nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur
Far.Az xəbər saytı

Pezeşkian: Yaxın Şərqdə müharibə nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur


Nə ABŞ, nə də İran Yaxın Şərqdə növbəti müharibədən qazanacaq və bu, bütün regionu gərginləşdirəcək.

"Report"un məlumatına görə, İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bunu misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığında bildirib.

"İran İslam Respublikası müharibəyə can atmayıb, can atmır, müharibənin İranın, ABŞ-nin və ya regionun maraqlarına uyğun olmayacağına tam əmindir", - o, qeyd edib.

Pezeşkian həmçinin ümid etdiyini bildirib ki, Vaşinqton Tehranı təhdid və güc yolu ilə danışıqlara məcbur etməyin mümkünsüzlüyünü anlayıb. "İran İslam Respublikasının ərazisinə hər hansı təcavüz və ya hücumun qətiyyətli və səlahiyyətli cavabla qarşılanacağı aydındır, lakin İran diplomatik həllər axtarmağa davam edir", - o əlavə edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər