Bəqai: İran ABŞ ilə danışıqların bərpası üçün diplomatik yolları araşdırır
İran ABŞ ilə gərgin münasibətlərin nizamlanması üçün diplomatik yolları nəzərdən keçirir.
"Far.Az" IRNА-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai brifinqdə bildirib.
"İran ABŞ ilə gərginliyin aradan qaldırılması üçün müxtəlif diplomatik proseslərin detallarını nəzərdən keçirir", - o qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, İran tərəfi nüvə sazişi ilə bağlı danışıqların yenidən başlanması məqsədilə etimadın gücləndirilməsi üçün sanksiyaların ləğv olunmasını tələb edir.
"Sanksiyaların ləğvi bizim üçün istənilən qarşılıqlı diplomatik fəaliyyət çərçivəsində əsas və qaçılmaz prioritet olacaq", - Bəqai qeyd edib.
Bununla yanaşı, o əlavə edib ki, Tehran yaxın günlərdə bu məsələdə nəticələrin əldə olunacağına ümid edir.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













