Niderland vətəndaşı Ermənistanda həbs edilib
Ermənistana hava yolu ilə 845 qram kokain gətirən Niderland vətəndaşı həbs edilib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Gəlirləri Komitəsi (DGK) məlumat yayıb.
"Dövlət Gəlirləri Komitəsinin Qaçaqmalçılıqla mübarizə şöbəsinə bir müddət əvvəl Niderland vətəndaşı R.D.-nin Ermənistana gəldiyi və üzərində narkotik vasitənin ola biləcəyi barədə məlumat daxil olub. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, vətəndaş həmin gün Vyana-İrəvan reysi ilə Ermənistana gəlib və İrəvandakı bir oteldə qalıb. O, gömrük nəzarəti zonasına dəvət edilib və rentgen qurğusu vasitəsilə gömrük yoxlamasından keçib. Nəticədə onun qarın boşluğunda şübhəli yad cismlər aşkar edilib", - məlumatda qeyd edilib.
Daha sonra Niderland vətəndaşı tibb mərkəzinə aparılıb və orqanizmindən içərisində kokain olan 50 kapsul çıxarılıb.
Əməliyyat-axtarış tədbirləri çərçivəsində daha iki vətəndaş saxlanılaraq Qaçaqmalçılıqla mübarizə şöbəsinə gətirilib. R.D., A.P. və S.M. adlı vətəndaşlara Ermənistan Cinayət Məcəlləsinin 393 və 399-cu maddələri ilə açılmış cinayət işi çərçivəsində ittiham irəli sürülüb. Onların yaşayış yeri üzrə axtarışlar aparılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













