MDU-da Gənclər Günü münasibətilə idman və həmrəylik dolu tədbir keçirilib
Bu gün Gənclər Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı, Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Kür Olimpiya Tədris İdman Mərkəzində idman və həmrəylik ruhunda tədbir keçirilib.
Tədbir çərçivəsində universitet əməkdaşları üçün səhər yeməyi təşkil edilib. Səmimi və xoş ovqatda keçən görüşdə MDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova çıxış edərək universitetin rektoru Anar Eminovun 2 Fevral – Gənclər Günü münasibətilə əməkdaşlara ünvanladığı təbrik mesajını səsləndirib, gənclərin ölkənin ictimai, elmi və sosial həyatındakı rolunu xüsusi vurğulayıb.
Görüş zamanı universitetin ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc əməkdaşa MDU-nun Həmkarlar İttifaqı Komitəsi hədiyyələr təqdim edib.
Tədbir daha sonra Kür Olimpiya Tədris İdman Mərkəzinin idman zalında davam etdirilib. Öncədən qeydiyyatdan keçmiş universitet əməkdaşlarından ibarət komandalar arasında voleybol turniri keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutan turnirin yekununda "Birlik" komandası I yerə, "Şimşək" komandası II yerə, "Marvel" komandası isə III yerə layiq görülüb.
Qalib komandalar diplom və kuboklarla təltif olunub.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərin və universitet əməkdaşlarının sağlam həyat tərzinə təşviqi, kollektiv ruhunun gücləndirilməsi və Gənclər Gününün əlamətdar şəkildə qeyd olunması olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
"Qaradağ" GES-də istehsalın həcmi açıqlanıb
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib













