Xudatyan: Azərbaycan və Türkiyəyə gedən dəmir yolu hissələrində işlər Rusiya ilə birgə həyata keçiriləcək
Far.Az xəbər saytı

Xudatyan: Azərbaycan və Türkiyəyə gedən dəmir yolu hissələrində işlər Rusiya ilə birgə həyata keçiriləcək


Azərbaycan və Türkiyəyə gedən dəmir yolu hissələrində bərpa işləri Rusiya tərəfi ilə birgə həyata keçiriləcək.

"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bəyanat verib.

"Ermənistan Rusiya ilə İcevan və Axurik istiqamətlərində dəmir yolu xətlərinin bərpası üzrə danışıqları davam etdirir. Bizdə belə anlayış var ki, göstərilən ərazilərdə bərpa işləri Rusiya tərəfi ilə birgə, yəni onun birbaşa iştirakı ilə aparılacaq", - o deyib.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan "Cənubi Qafqaz Dəmiryolu" şirkətinə təcili qaydada Türkiyə və Azərbaycana gedən sərhəd dəmiryollarını bərpa etməyi tapşırıb. Onun sözlərinə görə, tapşırıq Yerasx (Araz) stansiyasından Azərbaycan (Naxçıvan) sərhədinə, habelə Axurik stansiyasından Türkiyə sərhədinə qədər olan hissələri əhatə edir.

Ermənistan ərazisində Razdan-İcevan-Qazax-Ağstafa (ilkin hesablamalara görə 318 milyon dollara başa gələcək), Yerasx-Horadiz (təxminən 61,5 milyon dollar) və Gümrü-Axuryan stansiyası (təxminən 8-9 milyon dollar) istiqamətlərində dəmir yolu xətlərinin bərpası planlaşdırılır. İlkin hesablamalara görə, İrəvan yalnız dəmiryol əlaqəsinin təmiri üçün təxminən 500 milyon dollar xərcləyəcək.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər