"SOCAR Energy Ukraine" Kiyev vilayətində sakinlərə dəstək nöqtələri yaradıb
Ukraynada Rusiyanın hava zərbələri və sərt şaxtalar nəticəsində yaranan enerji böhranı fonunda Azərbaycanın humanitar yardımı və dəstəyi davam edir.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu missiya çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR Energy Ukraine"nin Kiyev vilayətindəki yanacaq doldurma məntəqələrində sakinlərə dəstək nöqtələri yaradılıb.
Belə ki, işıq və istilik çatışmazlığından əziyyət çəkən Kiyev sakinləri burada fasiləsiz enerji, istilik və yüngül qidalar ilə ödənişsiz təmin olunurlar.
SOCAR Ukraynanın digər vilayətlərindəki bütün obyektlərində də bu kimi nöqtələri tezliklə istifadəyə verməyi planlaşdırır. Bunlar ümumi olaraq dözümlülük məntəqələri adlandırılır. Buna səbəb Kiyev başda olmaqla Ukraynanın əksər vilayətlərində sərt şaxtalar fonunda kəskin enerji və istilik çatışmazlığı səbəbindən həyatın dözülməz vəziyyətdə olmasıdır.
Qeyd edək ki, Rusiya ordusunun kütləvi hava zərbələri nəticələri Ukraynanın enerji infrastrukturu daha da çöküb. Hazırda Kiyevdə havanın temperaturu mənfi 20 dərəcədir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













