Bakıda kişi küləyin aşırdığı hasarın altında qalaraq ölüb - YENİLƏNİB
Far.Az xəbər saytı

Bakıda kişi küləyin aşırdığı hasarın altında qalaraq ölüb - YENİLƏNİB


Bakıda küləkli hava şəraiti ilə əlaqədar bir kişinin həkiməqədər ölüm faktı ilə bağlı təfərrüatlar məlum olub.

"Report" xəbər verir ki, 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımov üzərinə hasarın aşması nəticəsində həyatını itirib.

Hadisə Xətai rayonu, Zeytun küçəsində baş verib.

Küləkli hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, güclü küləyə görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə beş çağırış daxil olub.

Onlardan 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir nəfərin isə ölüm faktı qeydə alınıb.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər