Matviyenko: Rusiya Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyə hazırdır
İrəvan müvafiq dəvət göndərərsə, Rusiya Ermənistandakı parlament seçkilərinə müşahidəçi göndərməyə hazırdır.
"Report" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko cümə axşamı Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşdə digər məsələlərlə yanaşı, seçkilərə müşahidəçi göndərmək də müzakirə olunub.
"Biz Ermənistanın firavan olmasını, ölkədə sabit siyasi vəziyyətin hökm sürməsini arzulayırıq, çünki erməni xalqı ilə əlaqələrimizi çox əziz tutur və müsbət qiymətləndiririk", - Matviyenko deyib.
O qeyd edib ki, parlamentlərarası dialoq davam edəcək, çünki bu, hər iki dövlətin və xalqın maraqlarına uyğundur.
Matviyenko Ermənistanla Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu da bildirib.
Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













