Hindistanda attraksion qəzasında bir nəfər ölüb, 13 nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Hindistanda attraksion qəzasında bir nəfər ölüb, 13 nəfər xəsarət alıb


Hindistanın Haryana ştatının Fəridabad dairəsində Surackənd yarmarkasında attraksionun uçması nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

"Report"un ANI-yə istinadən məlumatına görə, videogörüntülərdə nəhəng fırlanan yelləncəklərin yan dayağının oturacaqlar ən yüksək nöqtədə olarkən qırıldığı və insanların aşağıya düşdüyü görünür.

Qeyd olunub ki, insident nəticəsində platformanın əyildiyini görüb insanları xilas etməyə çalışan polis inspektoru həlak olub, xəsarət alan 13 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fəridabad dairə komissarı Ayuş Sinqhin sözlərinə görə, platformanın operatoru barəsində cinayət işi açılacaq.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Qərb zonasında seçicilər səsvermədə fəallıq nümayiş etdirirlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər