İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları müəyyən edilir
İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsası müəyyən edilir.
"Far.Az" xəbər verir ki, bununla bağlı "İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla - dövlət ehtiyacları üçün və rekvizisiya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.
Təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.
Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər.
Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə həyata keçirilə biləcək.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













