Şahin Bağırov yeni idarə rəisləri təyin etdi
Far.Az xəbər saytı

Şahin Bağırov yeni idarə rəisləri təyin etdi


Dövlət Gömrük Komitəsinin (DGK) üç idarəsinə yeni rəhbər təyinatı olub.

BAKU.WS İqtisadiyyat.az-a istinadla, bununla bağlı komitə sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmrlər imzalayıb.

Əmrlərə əsasən, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov DGK-nın Gömrük Siyasəti Baş İdarəsinin rəisi təyin olunub.

Eyni zamanda, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi təyin edilib.

Bundan əlavə, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SƏRƏNCAM
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər