Almaniya hökuməti yerli istehsalçılardan 500 milyon avrodan artıq məbləğdə zərbə PUA-ları alacaq
Almaniyanın Müdafiə Nazirliyi qısa müddət ərzində 536 milyon avro məbləğində minlərlə kamikadze pilotsuz uçuş aparatı (PUA) almağı planlaşdırır.
"Far.Az" xəbər verir ki, bu barədə "Spiegel" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu PUA-lar süni intellekt vasitəsilə hədəfləri izləmək qabiliyyətinə malikdir.
Məlumata görə, Müdafiə Nazirliyi PUA-ları "Helsing" və "Stark Defence" startaplarından alacaq. İki modelin sifarişi planlaşdırılır - birincisi, "Stark Defence" şirkətinin daha güclü və ağır "Virtus" PUA-sı 5 kq-a qədər partlayıcı daşıya bilər. Aparat qalxış üçün xüsusi qurğu tələb etmir.
İkinci model - "Helsing" şirkətinin "HX-2" PUA-sı xeyli yüngüldür, Ukraynada sınaqlardan keçib və istehsalçı tərəfindən təkmilləşdirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













