Paşinyan: Heç bir qüvvə İrəvanı Moskva ilə qarşıdurmaya sürükləyə bilməz
Far.Az xəbər saytı

Paşinyan: Heç bir qüvvə İrəvanı Moskva ilə qarşıdurmaya sürükləyə bilməz


Ermənistanın Baş naziri Nikol Paşinyan heç bir qüvvənin İrəvanı Moskva ilə qarşıdurmaya sürükləyə bilməyəcəyinə əmin edib.

"Report"un məlumatına görə, o, bu açıqlamanı Ermənistan İctimai Televiziyasına müsahibəsində verib.

"Rusiya ilə münasibətlərə dair strateji baxışımızı bölüşmək istərdim. Bütün tərəfdaşlara bütün məkanlarda aşağıdakı mesajı çatdırırıq: Rusiya Federasiyasına və onun maraqlarına zərər vermək heç vaxt gündəliyimizdə olmayıb, yoxdur və olmayacaq da. Bu, istisna olunur. Heç kim bizi Rusiya Federasiyasına qarşı hərəkət məntiqinə sürükləyə bilməz", - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, Ermənistan hakimiyyəti rusiyalı tərəfdaşlarına ölkənin Rusiya ilə münaqişə və ya mübahisə etməyəcəyinə zəmanət verib.

"Bizim strategiyamız belədir. Biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, həmişə Ermənistanın maraqları naminə hərəkət edəcəyik", - o izah edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti Davosda "Euronews" televiziyasına müsahibə verib
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər