Qırğızıstanda prezident seçkilərinin gələn ilin yanvarında keçirilməsi təklif olunub
Qırğızıstanda prezident seçkiləri 2027-ci ilin yanvarında keçirilməlidir.
"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Edil Baysalov sosial şəbəkələrdə məlumat verib.
O bildirib ki, son aylarda bəzi məsuliyyətsiz ünsürlər xalq generalı Kamçıbek Taşiyevin adı arxasında gizlənərək özlərini "tarixin qurucuları" hesab ediblər.
"Məhz bu təxribatçılar və onların açıq-aşkar ambisiyaları Sadır Japarov (Qırğızıstan Prezidenti - red.) ilə Kamçıbek Taşiyev (Dövlət Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri - red.) arasında ixtilafa səbəb olub ki, bu da artıq bütün cəmiyyət və dövlət üçün təhdiddir. Bu, dövlət üçün yolverilməzdir", - o vurğulayıb.
Xəbər verildiyi kimi, 75 nəfər dövlət başçısına müraciət edərək bu il növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.
Qeyd edək ki, dünən Qırğızıstan Prezidenti Kamçıbek Taşiyev Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədrini və onun üç müavinini vəzifəsindən azad edib.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













