Qırğızıstanda növbədənkənar seçkilərin keçirilməsi barədə müraciəti imzalayanlar saxlanılıb
Qırğızıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə müraciəti imzalayan üç nəfər saxlanılıb.
"Far.Az" Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Onlar kütləvi iğtişaşların təşkilində şübhəli bilinir.
"Bu gün istintaq çərçivəsində 75 vətəndaş DİN-in İstintaq Xidmətinə gətirilib. Cinayətin təşəbbüskarları və fəal iştirakçıları kimi 1955-ci il təvəllüdlü T. B., 1955-ci il təvəllüdlü U. E. və 1960-cı il təvəllüdlü D. K. vətəndaşları müəyyən edilib. Onlar müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər", - məlumatda bildirilib.
Şübhəlilərin evlərində axtarışlar aparılıb. İstintaq davam edir.
DİN xatırladıb ki, fevralın 9-da internet mənbələrində və KİV-lərdə 75 vətəndaşın Sadır Japarova və Joqorku Keneşin sədri Nurlanbek Turqunbekə dərhal yeni prezident seçkilərinin təyin edilməsi tələbi ilə müraciət göndərdiyi barədə məlumat yayılıb. Müraciəti alimlər, keçmiş baş nazirlər, eks-deputatlar və ictimai xadimlər imzalayıb.
Qırğızıstan Cinayət Məcəlləsinin 278-ci maddəsi ("Kütləvi iğtişaşlar") ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını müzakirə edib
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













