AMB: Bank sektorunda dayanıqlılıq və ESİ yanaşması üzrə normativ baza gücləndirilib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə bank sektorunu əhatə edən bir sıra normativ xarakterli aktlara edilmiş dəyişikliklər 9 fevraldan qüvvəyə minib.
"Far.Az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, dayanıqlılıq və yaşıl maliyyə sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi məqsədilə edilmiş dəyişikliklər banklarda ekoloji, sosial və idarəetmə (ESİ) yanaşmasının tətbiqinin genişləndirilməsini, iqlim və digər ESİ amillərinin bankın idarəetmə və risklərin idarə edilməsi sistemlərinə inteqrasiyasını, habelə maliyyə bazarlarında şəffaflığın və bazar intizamının gücləndirilməsini hədəfləyir.
"Banklarda korporativ idarəetmə Standartları"na edilmiş dəyişikliklər banklarda səlahiyyət və məsuliyyət bölgüsünün aydın şəkildə müəyyən edilməsini, iqlim və digər ESİ riskləri və fürsətlərinin idarə olunmasına dair funksional bölgünün formalaşdırılmasını, daxili idarəetmə mexanizmlərində və bankın siyasət sənədlərində ESİ meyarlarının nəzərə alınmasını təmin edir. Bununla yanaşı, daxili audit və mükafatlandırma siyasətlərində ESİ amillərinin inteqrasiyası, həmçinin dayanıqlılıq göstəriciləri üzrə keyfiyyət və kəmiyyət məlumatlarının açıqlanması ilə bağlı tələblər əlavə edilib. Dayanıqlılıq məlumatları üzrə ilk hesabatlılıq 2026-cı il üzrə həyata keçiriləcək və müvafiq məlumatlar gələn ilin I rübündə açıqlanmalıdır.
"Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"na edilmiş dəyişikliklər kredit risklərinin idarə edilməsi üzrə mövcud çərçivəni genişləndirərək bankların dayanıqlı kredit portfelinin idarə edilməsi üzrə daxili siyasət və qaydalarının müəyyən edilməsini nəzərdə tutur. Dəyişikliklər dayanıqlı kreditlərin qiymətləndirilməsi və monitorinqi, şəffaflığın və hesabatlılığın artırılması məqsədilə müvafiq təsdiqləyici və qiymətləndirmə sənədlərinin tətbiqi, dayanıqlılıqla əlaqəli kreditlər üzrə əsas fəaliyyət göstəricilərinin və əsas dayanıqlılıq hədəflərinin müəyyən edilməsi prosesinin formalaşdırılması, habelə yaşıl fəaliyyətlər üzrə meyarların təsbit edilməsini əhatə edir.
Qeyd olunan dəyişikliklər bank sektorunda ESİ yanaşmasının institusionallaşdırılması, risklərin idarə edilməsi sistemlərinə ESİ risklərinin inteqrasiyası, habelə şəffaf və məsuliyyətli maliyyə ekosisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













