Le Pen iyulun 7-nə qədər Fransadakı prezident kampaniyasında iştirak etməyəcək
Far.Az xəbər saytı

Le Pen iyulun 7-nə qədər Fransadakı prezident kampaniyasında iştirak etməyəcək


Fransada 2027-ci ilə nəzərdə tutulan prezident kampaniyasının qeyri-adi dərəcədə tez başladığı bir vaxtda, ifrat sağçı "Milli Birlik" partiyası yaya qədər qeyri-müəyyənlik içində qalmağa, namizədinin Marin Le Pen, yoxsa Jordan Bardella olacağı barədə qərarı gözləməyə məcbur olacaq.

"Report" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşr yazıb ki, müddətlə bağlı aydınlıq bu gün yaranıb. Belə ki, məhkəmə Le Penin seçkilərdə iştirakına qoyulan beşillik qadağa ilə bağlı apellyasiya şikayəti üzrə hökmünü iyulun 7-də elan edəcəyini açıqlayıb. Həmin qadağa faktiki olaraq onu prezidentlik seçkilərindən kənarlaşdırıb.

Vəziyyət getdikcə daha da xoşagəlməz hal alır: son bir ay ərzində Le Pen vaxtını məhkəmə zalında keçirməyə məcbur olduğu halda, onun əlaltısı və partiyanın "B planı" kimi baxılan Bardella adətən əsas namizəddən gözlənilən müsahibələri, görüşləri və ictimai çıxışları öz üzərinə götürür.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər