Euro NCAP-da 5 ulduz alan Jaecoo artıq rəsmi olaraq Azərbaycanda
Çinin ixrac bazarları üçün hazırladığı premium krossover modelləri ilə tanınan Jaecoo brendi artıq rəsmi olaraq Azərbaycan bazarında fəaliyyətə başlayıb. Brend ölkəmizdə "İmotors" MMC tərəfindən təmsil olunur.
Təhlükəsizlik, müasir texnologiyalar və yeni nəsil SUV konsepsiyasını bir araya gətirən Jaecoo modelləri yüksək keyfiyyət standartlarına cavab verən avtomobillər kimi təqdim olunur. Brendin modelləri Euro NCAP təhlükəsizlik testlərində 5 ulduz əldə edərək, Avropanın ən sərt təhlükəsizlik və sertifikasiya tələblərinə uyğunluğunu təsdiqləyib. Məhz bu göstəricilər sayəsində Jaecoo avtomobilləri bir sıra Qərbi Avropa ölkələrində rəsmi satışa çıxarılıb.
Avropa sertifikasiya standartlarına uyğun təhlükəsizlik anlayışı Jaecoo modellərində gövdənin möhkəm kapsul konstruksiyası, Euro 6+ emissiya normaları, qabaqcıl ADAS sürücüyə yardım sistemləri, aktiv və passiv təhlükəsizlik texnologiyaları, eləcə də yüksək keyfiyyətli interyer materialları ilə təmin edilir. Brendin Jaecoo J7 və J8 modelləri ekoloji cəhətdən təmiz, qənaətcil və eyni zamanda yüksək performans təqdim edən SHS (Smart Hybrid System) texnologiyası ilə təklif olunur.
Jaecoo modelləri region bazarlarında da ciddi maraqla qarşılanır. Rusiya bazarında satışa çıxarılan Jaecoo avtomobilləri qısa müddət ərzində TOP 5 ən çox maraq göstərilən modellər sırasına daxil olub. Brend eyni zamanda Türkiyədə də rəsmi olaraq təmsil olunur və sürətlə populyarlıq qazanır.
Ümumiləşdirilmiş texniki göstəricilər (PHEV):
1.5L turbo Plug-in Hybrid mühərrik
Ümumi güc: 360+ at gücü (modeldən asılı olaraq)
Tam elektrik rejimində gündəlik şəhər yürüşü imkanı
AWD opsiyası və avtomatik transmissiya
Güclü dinamika və yüksək sürüş stabilliyi
Jaecoo J7 və J8 modelləri müasir dizaynı, Avropa səviyyəli təhlükəsizliyi, PHEV texnologiyası və premium komfortu bir araya gətirən yeni nəsil SUV-lar kimi Azərbaycan bazarına təqdim olunur.
Jaecoo – artıq Azərbaycanda.
📍 Ünvan: Babək pr., 38A
📞 Qaynar xətt: *8887
📱 WhatsApp: +994 10 232 77 12
Qalereya
Oxşar xəbərlər
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
Ağıllı mobillikdə yeni dövr: IMOTORS MMC, OMODA və JAECOO ilə artıq Azərbaycanda
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
-
Əraqçi: Qonşularımız bizim prioritetimizdir
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
-
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb













