Ağız boşluğundakı infeksiyalar ürək xəstəliklərinə səbəb ola bilər
Far.Az xəbər saytı

Ağız boşluğundakı infeksiyalar ürək xəstəliklərinə səbəb ola bilər


Diş ətinin qanaması və ağız boşluğunda olan infeksiyalar ciddi ürək-damar problemlərinə yol aça bilər.

BAKU.WS-in məlumatına görə, belə hallarda bakteriyalar diş əti ciblərindən qan dövranına keçərək damar sisteminə təsir göstərir.

Həkimlər xəbərdarlıq edir ki, orqanizm bu bakteriyalara qarşı mübarizə apararkən iltihab markerləri ifraz edir. Bu maddələr damarların daxili divarını zədələyir və aterosklerotik lövhələrin strukturunu zəiflədir. Nəticədə həmin lövhələr kövrəkləşir və qopma riski artır.

Bu cür vəziyyətlərdə yaranan tromblar ürəyin damarlarını və ya beyinə gedən qan axınını bağlaya bilər ki, bu da infarkt və ya insult kimi ağır nəticələrə səbəb ola bilər.

Eyni zamanda, ağız boşluğunda davamlı iltihabın insulinə qarşı həssaslığı azaltdığı və bəzi insanlarda diabetin inkişaf riskini artırdığı bildirilir. Zəif ağız gigiyenası immun sisteminə əlavə yük yaradır və orqanizmin öz toxumalarına zərər verməsinə səbəb ola bilər.

Mütəxəssislər xüsusilə ürək-damar xəstəlikləri və diabetdən əziyyət çəkən şəxslərə ağız boşluğunun müntəzəm müayinəsi və müalicəsini vacib hesab edir. Onların fikrincə, ağız sağlamlığına diqqət yetirmək ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Kariyesin diabet, insult və sonsuzluqla əlaqəlidir
"Ramin Nur" şadlıq sarayında dana əti yerinə camış əti verilirmiş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər