Türkiyədə məktəbə silahlı hücum edərək 10 nəfəri öldürən şəxsin anası həbs olunub
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edərək 10 nəfəri öldürən İsa Aras Mersinlinin anası həbs olunub.
"Report"un "Haberler.com" portalına istinadən xəbərinə görə, bu barədə Kahramanmaraş Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisədən əvvəl iki psixoloq İ.A. Mersinlinin uşaq psixiatriya poliklinikasında müalicə almalı olduğuna dair onun anasına məlumat versə də, qadın bunu ciddi qəbul etməyib. Baş Prokurorluq ananın səhlənkarlığının hadisənin törədilməsinə təsir etdiyi qənaətinə gəlib və buna görə onun saxlanılmasına qərar verilib. Məhkəməyə çıxarılan qadın haqqında həbs qətimkan tədbiri seçilib və o, cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Daha əvvəl cinayətkarın keçmiş polis müfəttişi olan atası da həbs olunmuşdu.
Xatırladaq ki, hadisə aprelin 15-də baş verib. Məktəbə silahla gələn İ. A. Mersinlinin ətrafa atəş açması nəticəsində biri müəllim olmaqla, səkkiz nəfər həlak olub, 13 nəfər yaralanıb. Cinayətkar daha sonra özünü öldürüb. Daha sonra bir nəfərin də öldüyü bildirilib.
Oxşar xəbərlər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib













