Avropa çempionu olmuş Ali Tsokayev: Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam
Far.Az xəbər saytı

Avropa çempionu olmuş Ali Tsokayev: Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam


Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam.

"Far.Az" xəbər verir ki, bunu Albaniyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın güləşçi Ali Tsokayev qələbəsini şərh edərkən deyib.

"İlk dəfə idi ki, böyüklər arasında Avropa Çempionatında iştirak edirdim. Çox şadam ki, debütümdə qızıl medal qazana bildim. Mənim uğurumda Azərbaycan Güləş Federasiyasının böyük rolu olub. Bu qələbəni federasiyaya və Azərbaycan xalqına həsr edirəm. Gələcəkdə də azarkeşləri qızıl medallarla sevindirməyə çalışacağam", - o deyib.

Gələcək planlarından danışan idmançı qeyd edib ki, güləş üzrə dünya çempionatında da uğurla çıxış edəcəyini gözləyir.

Xatırladaq ki, Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 13 medalla başa vurublar. Ali Tsokayev (92 kq) finalda Ahmed Batayevə (Bolqarıstan) qalib gələrək Avropa çempionu olub.

Oxşar xəbərlər

Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər