Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Far.Az xəbər saytı

Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib


Leyla Əliyeva Tiranada fəaliyyət göstərən "Hannah və Rosafa" uşaq evini ziyarət edib.

BAKU.WS xəbər verir ki, uşaq evi valideyn himayəsindən məhrum olan və ya sosial təhlükə mühitində yaşayan azyaşlılar üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir.

Qeyd olunub ki, qurumun fəaliyyəti xüsusilə 0-6 yaşarası uşaqların mühafizəsi, tərbiyəsi və onlara hərtərəfli qayğının göstərilməsi istiqamətinə yönəlib.

Bildirilib ki, müəssisədə uşaqlar erkən inkişaf dövründə ehtiyac duyduqları psixoloji dəstək, tibbi xidmət və mənəvi qayğı ilə əhatə olunur.

Sonra Leyla Əliyeva "Mother Teresa" Universitet Xəstəxana Mərkəzi ilə tanış olub.

Diqqətə çatdırılıb ki, Mərkəz bütün Albaniyada, o cümlədən Tiranada əsas dövlət universitet xəstəxanasıdır. Burada xəstələrə ixtisaslı kadrlar tərəfindən ən qabaqcıl texnologiyalardan istifadə olunmaqla yüksəksəviyyəli tibbi xidmətlər göstərilir.

Qeyd olunub ki, ölkənin əsas onkoloji xidməti burada cəmlənərək, xəstələrə şüa, kimyaterapiya və mürəkkəb cərrahi müalicə imkanları təqdim edilir.

Mərkəzdə hər bir uşağın sağlamlığına həssaslıqla yanaşılır, onların müalicə prosesi şəfqətli yanaşma və rəngarəng mühitlə dəstəklənir.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər