İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Far.Az xəbər saytı

İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir


İsrail İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır və hücumları həyata keçirmək üçün ABŞ-dən "yaşıl işıq" gözləyir.

"Report" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Onun sözlərinə görə, İsrail ordusu müdafiə və hücuma tam hazırdır, hədəflər artıq müəyyən edilib.

O, həmçinin iddia edib ki, bu, əvvəlkindən daha böyük və daha zorakı bir əməliyyat ola bilər və İran infrastrukturunun əsas elementlərini hədəf alıb.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endirilib. Əməliyyat Yaxın Şərqdə eskalasiyaya gətirib çıxarıb, Fars körfəzinin bütün ölkələri münaqişəyə cəlb olunub və bu, Hörmüz boğazının blokadasına səbəb olub.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə atəşkəs haqqında razılığa gəliblər, sonradan Tramp bunu qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişənin nizamlanması üzrə Pakistanda danışıqlar aparmağa cəhd ediblər, lakin 11-12 aprel tarixlərində dialoqun birinci raundu heç bir nəticəy verməyib.

Tehrana təzyiq olaraq, ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını bəyan edib. Öz növbəsində, İran isə artıq Fars körfəzi ölkələrinə istiqamətlənən gəmilər üçün Hörmüzün blokadaya alındığını bildirib. Regionda dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər