"Nar"ın "Çoox Şanslı" lotereyası möhtəşəm finalla yekunlaşdı – "Li L9 Ultra" avtomobili sahibini tapdı
Sərfəli mobil operator "Nar"ın böyük maraq və həyəcanla izlənilən "Çoox Şanslı" stimullaşdırıcı lotereyası möhtəşəm final mərhələsi ilə yekunlaşıb. Lotereyanın final tədbiri tamaşaçıların iştirakı ilə xüsusi şou proqram formatında keçirilib.
Final mərhələsində lotereyanın ən böyük və ən dəyərli hədiyyəsi olan "Li L9 Ultra" avtomobilinin sahibi Vüqar Hümmətov olub. "Nar" qalibi təbrik edərək ona avtomobilin açarını təqdim edib.
Beləliklə, ötən ilin oktyabr ayında start götürən "Çoox Şanslı" lotereyası çərçivəsində oynanılan bütün hədiyyələr sahiblərini tapıb. Lotereya müddətində ümumilikdə 77 ədəd "Xiaomi Redmi Note 14 Pro" smartfonu, 11 ədəd "Haval H6 Ultra" avtomobili, eləcə də böyük final hədiyyəsi olan "Li L9 Ultra" avtomobili qaliblərə təqdim olunub.
Qeyd edək ki, "Çoox Şanslı" lotereyası "Nar"ın abunəçilərinə əlavə dəyər yaratmaq, onların gündəlik həyatına sevinc qatmaq məqsədi ilə həyata keçirilib və lotereya boyunca abunəçilər tərəfindən yüksək maraqla qarşılanıb.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
"Nar"dan ikinci avtomobil uduldu - həyəcan artır!
"Nar"da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Sudanda PUA zərbəsi nəticəsində 15 nəfər ölüb
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib













