Göyçayın İkinci Ərəbcəbirli kəndi içməli su ilə təmin edilib
Göyçayın İkinci Ərəbcəbirli kəndində içməli su təminatı yaxşılaşdırılıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlər çərçivəsində Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində içməli su layihəsi icra olunub. Layihənin başa çatması münasibətilə kənddə açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, İkinci Ərəbcəbirli kəndində 1384 nəfər əhali yaşayır. Kənd daxilində quraşdırılmış ictimai bulaqlar vasitəsilə əhalinin suya əlçatanlığı təmin edilirdi. Əhalinin mərkəzləşdirilmiş su təchizatının yaradılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin daxili imkanları hesabına kənd daxilində diametri 40 mm-dən 110 mm-dək müxtəlif ölçülü 8,5 km uzunluğunda su şəbəkəsi çəkilib. Sudan səmərəli istifadənin təmin edilməsi, su itkilərinin azaldılması və suyun uçotunun təkmilləşdirilməsi məqsədilə hər bir abonentə məxsus fərdi yaşayış evlərinin girişində ümumilikdə 300 ədəd su sayğacı quraşdırılıb. Bununla da kənd əhalisinin mərkəzləşdirilmiş su təchizatı dayanıqlı su mənbəyi olan Göyçay şəhərinin mövcud su infrastrukturuna qoşulmaqla təmin edilib.
Hazırda Göyçay rayonunda ümumilikdə 23 kənd yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. Bununla yanaşı, 18 kəndə modul tipli su təmizləyici qurğular vasitəsilə xidmət olunur. Göyçay rayonu üzrə xidmət göstərilən abonentlərin sayı 11 958 təşkil edir.
İcra olunan layihə "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Milli Strategiya"nın hədəf və məqsədlərinə nail olunması üçün tədbirlər proqramı çərçivəsində həyata keçirilib.
Layihənin davamı olaraq cari ildə Göyçay rayonunun Müskürlü kəndində də mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması işlərinə başlanılacaq.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır"













