Azərbaycanın daha dörd sərbəst güləşçisi dünya çempionatında mübarizəyə başlayır
Far.Az xəbər saytı

Azərbaycanın daha dörd sərbəst güləşçisi dünya çempionatında mübarizəyə başlayır


Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq) və Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.

N.Novruzov, K.Heybətov və G.Meşvildişvili ilk mərhələdən azaddır.

A.Djioyev Bəhreyn təmsilçisi Xıdır Saypudinovla (Bəhreyn) üz-üzə gələcək.

Ötən gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) medal şanslarını itirib.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Oxşar xəbərlər

"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər