Ronaldo 15 dəqiqəyə het-trik etdi: 1000 qol rekorduna daha bir addım yaxınlaşdı
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo növbəti dəfə diqqət mərkəzinə düşüb. 41 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatında möhtəşəm çıxışı ilə yadda qalıb və komandasının qələbəsində əsas pay sahibi olub.
BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turunda "Əl-Nəsr" öz meydanında "Əl-Xulud"u qəbul edib. Gərgin və bolqollu qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ilk hissəsi 2:2 hesabı ilə yekunlaşıb. Lakin fasilədən sonra səhnəyə Kriştiano Ronaldo çıxıb. Portuqaliyalı futbolçu 66, 72 və 81-ci dəqiqələrdə rəqib qapısına yol taparaq het-trik edib. Beləliklə, o, cəmi 15 dəqiqə ərzində üç qol vurmaqla komandasına qələbə qazandırıb.
Bu het-trik Ronaldo üçün xüsusi əhəmiyyət daşıyır. O, 908 günlük fasilədən sonra yenidən "Əl-Nəsr"in heyətində bir oyunda üç qol vurmağa nail olub. Sonuncu dəfə belə nəticəni 2024-cü il mayın 4-də "Əl-Vəhda" ilə qarşılaşmada göstərmişdi.
"Əl-Xulud"la oyunda vurduğu qollarla Ronaldo karyerası ərzindəki het-triklərinin sayını 67-yə, rəsmi oyunlardakı ümumi qol sayını isə 985-ə çatdırıb. Bununla da futbol tarixində rəsmi matçlarda 1000 qol vuran ilk oyunçu olmaq hədəfinə cəmi 15 qol yaxınlaşıb.
Qeyd edək ki, bu qələbədən sonra "Əl-Nəsr" xallarının sayını 28-ə yüksəldib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır"













