Kubada neft emalı zavodunda yanğın baş verib
Far.Az xəbər saytı

Kubada neft emalı zavodunda yanğın baş verib


Havanadakı "Niko Lopes" Neft Emalı Zavodundakı anbarlardan birində yanğın baş verib. Yanğın lokallaşdırılıb.

"Far.Az"un məlumatına görə, bu barədə Kubanın Energetika və Dağ Mədən Nazirliyinin mətbuat xidməti "X" sosial şəbəkəsində xəbər verib.

"Bu gün günortadan sonra "Niko Lopez" Neft Emalı Zavodunda yerləşən anbarlardan birində baş verən yanğın nəzarət altına alınıb. Səbəb müəyyən edilir", - açıqlamada deyilir.

Hadisə nəticəsində zərərçəkənlər və dəyən ziyan barədə ətraflı məlumat əldə etmək mümkün olmayıb. Bundan az müddət əvvəl sosial şəbəkələrdə sahil anbarından çıxan qatı qara tüstünün görüntüləri yayılıb.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ben Affleklə Cennifer Lopez yenidən eşq yaşayır?
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər