Ursula fon der Lyayen: Yeni texnologiyalar NATO və Aİ-nin müdafiə sahəsində əməkdaşlığını gücləndirməyə kömək edəcək
Far.Az xəbər saytı

Ursula fon der Lyayen: Yeni texnologiyalar NATO və Aİ-nin müdafiə sahəsində əməkdaşlığını gücləndirməyə kömək edəcək


Süni intellekt kimi yeni texnologiyalar NATO ölkələrinin və Avropa İttifaqının (Aİ) müdafiə potensialının uyğunluğunu təmin edə bilər.

"Far.Az" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında bildirib.

"Biz bilirik ki, bizdə çoxlu müxtəlif növ silahlar - tanklar, təyyarələr, gəmilər var. Lakin süni intellekt və proqram təminatı kimi yeni texnologiyalar NATO dövlətləri ilə Aİ arasında uyğunluğu təmin edə bilər. Avropa bu işdə uğurludur. Biz hamımız daha çox vəsait xərcləməyə razılaşdıq. İndi biz bu pulları işə yönəltməli və onları real müdafiə imkanlarına çevirməliyik", - o qeyd edib.

Bununla yanaşı o bildirib ki, Avropa avtomobil istehsalı, aerokosmik sənaye və maşınqayırma sahələrində güclü sənaye dövləti olaraq qalır.

"Biz bu sahələrə yalnız kommersiya xarakterli kimi baxmamalıyıq, onlar müdafiə zəncirinin əsas elementləridir. Avropada müdafiə texnologiyaları sahəsində ilhamverici lider şirkətlər var. Biz sadəcə onların inkişafını stimullaşdırmalıyıq", - o bildirib.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər