Reuters: Avstraliya nüvə sualtı qayıqlarının istehsalına investisiya qoyur
Far.Az xəbər saytı

Reuters: Avstraliya nüvə sualtı qayıqlarının istehsalına investisiya qoyur


Kanberra rəsmiləri bu gün ABŞ və Böyük Britaniya ilə AUKUS üçtərəfli müdafiə müqaviləsi çərçivəsində nüvə sualtı qayıqlarının çatdırılmasına kömək edəcək gəmiqayırma zavodunun inşasına 3,9 milyard Avstraliya dolları (2,76 milyard ABŞ dolları) xərcləyəcəklərini bildiriblər.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Avstraliyanın Baş naziri Entoni Albaneze Cənubi Avstraliyanın Adelaida şəhərinin ətrafındakı Osbornda yeni gəmiqayırma zavodunun istifadəyə verilməsi üçün 3,9 milyard dollar ilkin ödəniş ediləcəyini açıqlayıb:

"Osborne sualtı qayıq zavoduna investisiya qoyuluşu Avstraliyanın ənənəvi nüvə sualtı qayıqlarının potensialı üçün çox vacibdir".

Rəsmilər qarşıdakı onilliklərdə ümumi tikinti xərclərinin 30 milyard Avstraliya dolları (21,20 milyard ABŞ dolları) olacağını proqnozlaşdırırlar.

Oxşar xəbərlər

Rəsmilər Şəhidlər xiyabanında
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər