Rubio əlaqələri möhkəmləndirmək üçün Şərqi Avropaya gedir
ABŞ Dövlət katibi Marko Rubio bu gün enerji əməkdaşlığı və NATO öhdəlikləri daxil olmaqla, ikitərəfli məsələləri müzakirə etmək üçün Slovakiyaya, ardınca isə Macarıstana səfər edəcək.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) digər üzv dövlətlərinin başçılarından fərqli fikirlərə sahib bu ölkələrin liderləri ABŞ Prezidenti Donald Trampla yaxşı münasibət saxlayırlar.
"Bunlar bizi güclü şəkildə dəstəkləyən, Birləşmiş Ştatlarla çox sıx əməkdaşlıq edən ölkələrdir və bu, əvvəllər heç vaxt olmadığım iki ölkəyə baş çəkmək üçün yaxşı fürsətdir", - deyə Rubio jurnalistlərə bildirib.
Trampın milli təhlükəsizlik üzrə müşaviri funksiyasını da yerinə yetirən Rubio bazar günü Bratislavada Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşəcək. Amerika diplomatının səfəri Münxen Təhlükəsizlik Konfransında iştirakından sonra baş tutur.
Bazar ertəsi Rubionun Budapeştdə Macarıstan lideri Viktor Orbanla görüşəcəyi gözlənilir.
"Prezident (Tramp - red.) onu (Orbanı - red.) çox dəstəklədiyini deyib, biz də həmçinin", - Rubio qeyd edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bratislavada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













