ABŞ-nin daha bir rəsmisi Bessentlə münaqişəyə görə istefa vermək niyyətindədir
Far.Az xəbər saytı

ABŞ-nin daha bir rəsmisi Bessentlə münaqişəyə görə istefa vermək niyyətindədir


ABŞ-nin maliyyə nazirinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Con Hyorli Maliyyə Nazirliyinin rəhbəri Skott Bessentlə münaqişə səbəbindən vəzifəsindən getməyi planlaşdırır.

"Far.Az"un xəbərinə görə, bu barədə "Bloomberg" mənbələrə istinadla bildirib.

Mənbələrin məlumatına görə, rəsmilər arasında münaqişə ABŞ-nin sanksiya siyasətinin taktikası və məqsədləri ilə bağlı fikir ayrılıqları səbəbindən yaranıb. Qeyd edilir ki, bir neçə rəsmi şəxs sadiq və dəyərli müttəfiqi saxlamaq üçün səfir vəzifəsinə Hyorlinin namizədliyini nəzərdən keçirir.

Məlumata görə, Hyorlinin mümkün istefası ABŞ Maliyyə Nazirliyinin rəhbər işçilərinin bir sıra gedişlərinin davamı olacaq. Belə ki, 2025-ci ilin avqust ayında şöbə nazir müavini Maykl Folkender vəzifəsini tərk edib. Payızda Bessentin aparatının rəhbəri Dan Katz vəzifədən gedib və qısa müddət sonra onun varisi Maykl Fridman da postunu tərk edib.

Oxşar xəbərlər

Rəsmilər Şəhidlər xiyabanında
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər