"Crocus"da terror aktı işi üzrə təqsirləndirilənlərə ömürlük həbs istənilib
Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə prokuror "Crocus City Hall" konsert zalında törədilmiş terror aktının icraçılarının ömürlük azadlıqdan məhrum edilməsini və onların cəzalarını xüsusi rejimli koloniyada çəkməsini tələb edib.
"Report"un RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə 127 zərərçəkmişin maraqlarını təmsil edən vəkil Lyudmila Ayvar bildirib.
Qeyd edək ki, Şəmsidin Fəriduni, Dalercon Mirzoyev, Məhəmmədsobir Fayzov və Saidakrami Racabalizoda terrorçuluq fəaliyyətini həyata keçirmək məqsədilə təlim keçməkdə (CM-in 205.3-cü maddəsi), qanunsuz silah dövriyyəsində (CM-in 222-ci maddəsinin 4-cü hissəsi), terror təşkilatının fəaliyyətində iştirak etməkdə (CM-in 205.5-ci maddəsinin 2-ci hissəsi) və terror aktı törətməkdə (CM-in 205-ci maddəsinin 3-cü hissəsi) ittiham olunurlar.
Ayvar əlavə edib ki, zərərçəkmişlərin müdafiəsi terror aktının bilavasitə icraçıları və onlarla əlbir olan şəxslər üçün maksimum sərt cəzanın verilməsində israrlıdır.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













