Orban müxalifəti Aİ ilə gizli əməkdaşlıqda günahlandırıb
Far.Az xəbər saytı

Orban müxalifəti Aİ ilə gizli əməkdaşlıqda günahlandırıb


Macarıstanın Baş naziri Viktor Orban ölkənin müxalifətini Ukraynanın Avropa İttifaqına qəbulunu sürətləndirmək üçün qurumun liderləri ilə gizli əməkdaşlıqda günahlandırıb.

"Report"un "M1" televiziya kanalına istinadən verdiyi məlumata görə, bu barədə siyasətçi hakim "FİDES - Macar Vətəndaş İttifaqı" Partiyası və onların tərəfdaşı Xristian Demokratların iclasında açıqlayıb.

Hökumət başçısı həmçinin bildirib ki, müxalifətdəki "Tisa" partiyası hakimiyyətə gələrsə, Macarıstanı Rusiya ilə birbaşa münaqişəyə sürükləyə bilər.

"Ötən həftə sonu "Tisa" partiyası Münhendə Brüssel ilə gizli bir pakt imzaladı. Bu paktın bir hissəsinə veto hüququndan imtina etmək, miqrasiya müqaviləsini dəstəkləmək və Ukraynanın Aİ-yə qoşulmasına icazə vermək daxildir. Onlar Brüsselin əmrlərini yerinə yetirir və bununla da bizi müharibəyə sürükləyirlər".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər