İRİA "mygov"la bağlı yeni videoçarx təqdim edib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentıiyi "mygov" platforması ilə bağlı yeni videoçarxını ictimaiyyətə təqdim edib. Yeni çarxın əsas mesajı "mygov ilə sənədlərim hər zaman üstümdə"dir.
Videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda rəqəmsal sənədlərin üstünlükləri nümayiş olunur. Bildirilir ki, artıq sənədləri fiziki formada daşımağa, kağız toplusuna və ya uzun növbələrdə gözləməyə ehtiyac yoxdur. Əsas dövlət sənədləri və xidmətləri bir neçə kliklə əlçatandır. Çarx vasitəsilə "mygov" platformasının təqdim etdiyi imkanlar, sənədlərə operativ çıxış, təhlükəsiz saxlanma və sürətli təqdimetmə ön plana çəkilir. Rəqəmsal həllər sayəsində vətəndaşlar vaxt itkisinin qarşısını alır, proseslər isə daha çevik və rahat şəkildə həyata keçirilir.
Prezident İlham Əliyev fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunmuş müşavirədə əsas diqqəti dövlət xidmətlərinin vahid mərkəzdə birləşdirilməsinin vacibliyinə yönəldib. Prezident vurğulayıb ki, son illər müxtəlif qurumlar tərəfindən çoxsaylı platforma və tətbiqlər yaradılsa da, artıq bu xidmətlər koordinasiyalı şəkildə və tək mərkəzdən təqdim olunmalıdır. Onun sözlərinə görə, dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməli, mövcud platformalar isə mərhələli şəkildə vahid sistemdə birləşdirilməlidir.Əsas məqsəd vətəndaşa lazım olan bütün xidmətlərin bir ünvandan, daha rahat, operativ və səmərəli şəkildə təqdim edilməsidir.
Videonu bu keçid vasitəsilə izləyə bilərsiniz:
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
Kulibali: UN-Habitat-ın Azərbaycanla əməkdaşlığı Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir
-
Mariyana Kuyundziç: Aİ WUF13-dən yaxşı nəticələr gözləyir
-
Mexikonun meri: Bakı şəhərsalma mövzusunun müzakirəsi üçün strateji məkandır













