Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqlayıb
Bakıda boşandığı həyat yoldaşının yeni ailə qurduğu şəxsi bıçaqlayan 1981-ci il təvəllüdlü Rövşən Həmidova (soyadlar şərtidir) hökm oxunub.
Far.Az Qafqazinfo.az-a istinadla xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Rövşən bir neçə il əvvəl həyat yoldaşından boşanıb. Onların oğul övladı ata ilə, qız övladı isə ana ilə qalıb. Daha sonra qadın Cəlal adlı şəxslə ailə həyatı qurub və övladı ilə birgə onun yanında yaşayıb.
Ötən il fevralın 14-də isə Rövşən qızını görmək və keçmiş həyat yoldaşı ilə barışmaq niyyəti ilə onların yaşadığı məhəlləyə gedib.
Rövşən küçədə Cəlalla qızını görərək ona hücum edib və bıçaqla xəsarət yetirib. Məlum olub ki, həmin vaxt Cəlal ögey qızını hazırlıqdan evə gətirirmiş.
Məhkəmənin hökmü ilə Rövşən Həmidova 2 il 3 ay həbs cəzası verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Survivor" iştirakçısı boşandığı həyat yoldaşından üzr istədi
Şou-biznesin xoşbəxt ailə həyatı olan məşhurları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Latviya Prezidenti Baş nazir vəzifəsinə müxalif deputatın namizədliyini irəli sürüb
-
İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar













