"Liv Bona Dea" Hospitalında qazi ailəsinə həyat bəxş edilib
Far.Az xəbər saytı

"Liv Bona Dea" Hospitalında qazi ailəsinə həyat bəxş edilib


İkinci Qarabağ müharibəsi qazisi Həsən Mehdiyevin ailəsində həm sınaq, həm də böyük sevinc dolu günlər yaşanıb.

Qazimizin üçüncü övladı Bakı şəhərində yerləşən "Liv Bona Dea" Hospitalında dünyaya gəlib.

Belə ki, doğuşdan dərhal sonra körpə riskli vəziyyətlə qarşılaşıb və həyatının ilk günlərində ciddi sağlıq savaşı aparıb. Körpə bir həftə ərzində hospitalın reanimasiyasında, yüksəkixtisaslı həkimlərin daimi nəzarəti altında saxlanılıb və intensiv terapiya tədbirləri həyata keçirilib.

Peşəkar tibbi müdaxilə, fasiləsiz nəzarət və həkimlərin fədakar səyi nəticəsində körpənin vəziyyəti stabilləşib və təhlükəli mərhələ uğurla geridə qoyulub.

Hazırda həm ana, həm də körpənin səhhəti yaxşıdır və onlar sağlam şəkildə evə yola salınıblar.

Hospital rəhbərliyi mövzu ilə bağlı bildirib:

"Qazilərimiz borclarını Vətən uğrunda döyüşərək ödəyiblər. Bizim borcumuz isə onların və ailələrinin yanında olmaq, ən çətin anlarında dayaq durmaqdır."

Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə qazanılmış tarixi Qələbənin davamı olaraq bu körpəmizin həyata tutunması yalnız bir ailənin sevinci deyil, eyni zamanda azad və qalib Azərbaycanın gələcəyinə olan inamın, mübariz ruhun və həyat eşqinin rəmzidir.

"Instagram": livbonadeahospital

Oxşar xəbərlər

Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər