Zelenski: Rusiya danışıqlar günü belə Ukraynaya hücum edir
Rusiya hərbçiləri Cenevrədə danışıqların başladığı gün Ukraynaya kütləvi zərbə endiriblər.
"Report"un "İnterfaks-Ukrayna"ya istinadən məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı etdiyi videomüraciətdə bildirib.
"Müxtəlif tipli 29 raket var idi və onlardan 25-ni vurmaq mümkün oldu. Hətta Cenevrədə növbəti - üçtərəfli, ikitərəfli, Amerika ilə olan danışıqların başladığı günü Rusiyanın cavabı zərbələrlə olur. Bu, Rusiyanın nə istədiyini və nəyə kökləndiyini çox aydın nümayiş etdirir. Həmçinin 400-ə yaxın dron istifadə olunub", - Ukrayna lideri vurğulayıb.
Bununla yanaşı, o, Ukraynanın zərbələrdən çəkinməyə hazır olduğunu bəyan edib. "Bizə müharibə lazım deyil. Biz həmişə adekvat hərəkət edirik: öz dövlətimizi, müstəqilliyimizi qoruyuruq. Həmçinin müharibənin başa çatması haqqında ləyaqətli razılaşmaya doğru sürətlə irəliləməyə hazırıq", - o bildirib.
Bundan əlavə, Zelenski diqqəti ona da yönəldib ki, bu gün istifadə olunan bütün Rusiya raket və dronlarında minlərlə xarici istehsal komponenti olub. O, tərəfdaşların Rusiya üçün silah istehsalında kritik əhəmiyyət kəsb edən komponentlərin tədarük zəncirlərini real şəkildə bloklamasının təkcə Ukrayna üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik üçün vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu gün İsveçrədə ABŞ, Rusiya və Ukrayna arasında danışıqların növbəti raundunun ilk günü başa çatıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək













