Kvaratsxeliya UEFA Çempionlar Liqasında Anrinin antirekordunu təkrarlayıb
Far.Az xəbər saytı

Kvaratsxeliya UEFA Çempionlar Liqasında Anrinin antirekordunu təkrarlayıb


PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Monako"ya qarşı ilk matçında (3:2) Tyerri Anrinin qapıya zərbə antirekorduna şərik olub.

"Report" "Opta Sports"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu rəqib qapısı istiqamətində 8 zərbə endirsə də, heç biri "çərçivə"yə düşməyib.

Bu, turnir tarixində bir oyunda "çərçivə"yə düşməyən ən çox zərbə sayıdır.

Analoji göstərici daha əvvəl Londonun "Arsenal" klubunun keçmiş forvardı Tyerri Anriyə məxsus idi. Fransalı hücumçu 2004-cü ildə "Çelsi" (İngiltərə), 2006-cı ildə isə ÇSKA (Rusiya) ilə oyunlarda eyni uğursuzluğu yaşamışdı.

Qeyd edək ki, X.Kvaratsxeliya sözügedən qarşılaşmada 69 dəqiqə meydanda olsa da, məhsuldar fəaliyyətlə yadda qalmayıb. Komandalar arasında cavab oyunu fevralın 25-də Parisdəki "Park de Prens" stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər